Təhsil Tələbə Krediti Fondu audit seçir

14:48 - 20.06.2025


20 iyun, Fineko/abc.az.  Elm və Təhsil Nazirliyi yanında Təhsil Tələbə Krediti Fondu 2024-cü il üzrə maliyyə hesabatlarının auditi üçün açıq tender elan edib.

ABC.AZ xəbər verir ki, tenderdə iştirak haqqı 85 manatdır.

İddiaçılar təkliflərini iyulun 11-nə qədər Fondun yerləşdiyi Bаkı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun, 34 (AFF Mall Biznes Mərkəzi) ünvanına təqdim edə bilərlər.

Təkliflərə iyulun 11-də, saat 18:00-da qeyd olunan ünvanda baxılacaq.

Xatırladaq ki, ötən il bu tenderin qalibi "Azəruçot" MMC-olub. Şirkətə 9,5 min manat ödənilib.