Azərbaycanda sahibkarlıq subyektlərinin sayı 322 mindən çoxdur

15:36 - 21.06.2025


21 iyun, Fineko/abc.az. Oyun biznesi Azərbaycanda lisenziyalaşdırılan və icazə tələb edən 160-a yaxın sahibkarlıq fəaliyyətindən yalnız biridir.

ABC.AZ xəbər verir ki, bunu deputat Azər Əmiraslanov parlamentin plenar iclasında bildirib.

“2024-cü ilin nəticələrinə əsasən, Azərbaycanda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin sayı 322 mindən çoxdur. Onlardan 76 mini hüquqi şəxs statusundadır. Ölkəmizdə rəqabətqabiliyyətli milli iqtisadiyyatın qurulması, innovativ təşəbbüslərin dəstəklənməsi, sənayeləşmə, aqrar sahənin inkişafı, ixrac və tranzit potensialının genişləndirilməsi dövlətin iqtisadi siyasətinin əsas prioritetləridir”, - deyə A.Əmiraslanov qeyd edib

A. Əmiraslanov vurğulayıb ki, bu məqsədlə ölkədə sənaye parkları, texnoparklar və aqroparklar yaradılır: “Azərbaycanın iqtisadi strategiyası, sənaye və sahibkarlıq siyasəti, sosial inkişaf və məşğulluq konsepsiyası aydındır və bu istiqamətdə ardıcıl addımlar atılır”.