Putin: İran nüvə texnologiyalarından dinc məqsədlər üçün istifadə edə bilər

15:39 - 21.06.2025


21 iyun, Fineko/abc.az. İran nüvə texnologiyalarından dinc məqsədlər üçün istifadə etmək hüququna

ABC.AZ xəbər verir ki, bu barədə Vladimir Putin deyib və bildirib ki, Rusiya nüvə silahının yayılmaması ilə bağlı mövqe tutur. Moskva Tehrana dinc atomun inkişafında yardım və dəstək verməyə hazırdır.

Prezidentin sözlərinə görə, İran dəfələrlə nüvə silahı yaratmaq planlarının olmadığını bildirib.

"Nüvə silahının (İran hakimiyyəti tərəfindən) yaradılması əlamətləri yoxdur və MAQATE-də (Beynəlxalq Atom Enerjisi Agentliyi) buna dair heç bir dəlil yoxdur", — deyə o vurğulayıb.