Putin: Rusiya "yüksək maaşlı iqtisadiyyat" olmalıdır

11:41 - 5.09.2025


5 sentyabr, Fineko/abc.az. Rusiya Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunda çıxış edərək bildirib ki, ölkə iqtisadiyyatını "yüksək maaşlı iqtisadiyyata" çevirmək lazımdır.

ABC.AZ xəbər verir ki, Rusiya prezidentinin sözlərinə görə, dövlətin həyata keçirdiyi strategiya məhz buna yönəlib.

"Uzaq Şərqin, Arktikanın inkişafı, gələcəyin iqtisadiyyatının qurulması insanların rifahının və gəlirlərinin artmasına, iş yerlərinin ixtisaslı, yüksək maaşlı iş yerlərinin lehinə struktur dəyişməsinə səbəb olmalıdır", — deyə o vurğulayıb.

Rusiya prezidenti sözünü yekunlaşdıraraq, bunun populizm deyil, iqtisadi məna daşıyan bir fikir olduğunu qeyd edib.