12:27 - 10.09.2025
10 sentyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankı uçot faiz dərəcəsinə dair açıqlama yayıb.
ABC.AZ xəbər verir ki, açıqlamada bildirilib ki, ötən iyul iclasdan bəri inflyasiya üzrə risk balansında əhəmiyyətli dəyişiklik müşahidə olunmayıb.
Qlobal ticarətdə gedən proseslər əmtəə və maliyyə bazarlarında dalğalanmalara səbəb olmaqda davam edir.
Bu şəraitdə idxal qiymətləri inflyasiyanın əsas xarici risk faktoru kimi hesab olunur. Bu amil isə ticarət tərəfdaşlarında inflyasiyadan və nominal effektiv məzənnənin dinamikasından asılıdır.
İnflyasiyanı artıra biləcək əsas daxili risk faktoru isə xərc amillərinin aktivləşməsi və məcmu tələbin izafi artımı qeyd oluna bilər.
Cari ilin sonunadək məcmu tələbin dinamikası başlıca olaraq dövlət xərclərinin icrasından asılı olacaqdır. 2025-ci ilin sonuna kredit qoyuluşlarının illik artım tempinin 2024-cü illə müqayisədə aşağı olacağı gözlənilir.
Müəllif: Elmir Murad
12 Noyabr 2025
12 Noyabr 2025
12 Noyabr 2025
12 Noyabr 2025
12 Noyabr 2025