Azərbaycan Rusiyadan hazır ət məhsullarının ən böyük alıcıları arasında 4-cü yeri tutub

16:46 - 16.09.2025


16 sentyabr, Fineko/abc.az. Azərbaycan Rusiyadan kolbasa və digər hazır ət məhsullarının əsas idxalçıları sırasına daxil olub. Belə ki, bütün tədarüklərin 7%-i onun payına düşüb.

ABC.AZ xəbər verir ki, bu, mütəxəssislərin qiymətləndirmələrinə istinad edən “Agroexport” Federal mərkəzinin hesabatından irəli gəlir.

Ən çox (demək olar ki, yarısı) bu cür məhsullar Qazaxıstana gedir (dəyər baxımından 49%). İlk üçlükdə Belarus (14%) və Səudiyyə Ərəbistanı (9%) da var. Azərbaycan 7% ilə dördüncü yeri tutur. Abxaziya ilk beşliyi qapayır (4%).

Ümumilikdə, bu ilin yanvar-avqust aylarında Rusiyadan kolbasa və digər hazır ət məhsullarının ixracından əldə olunan gəlir 170 milyon dollara çatıb ki, bu da əvvəlkindən 19% çoxdur. Natural ifadədə artım 7% təşkil edib. 56 min tondan çox tədarük edilib.