16:51 - 16.09.2025
16 sentyabr, Fineko/abc.az. Bu ilin avqust ayında Azərbaycanda şəhərdaxili (rayonlararası) müntəzəm sərnişindaşımada istifadə olunan avtobusların 166-sı elektrikli avtobusların payına düşüb.
ABC.AZ Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 136 ədəd və ya 5,5 dəfə çoxdur.
Məlumata əsasən, 2025-ci ilin avqustunda ölkədə sıxılmış təbii qazla (CNG) işləyən avtobusların sayı 1 337 olub. Bu, 2024-cü ilin eyni ayı ilə müqayisədə 222 ədəd və ya 19,9 % çoxdur.
Bu ilin avqustunda Azərbaycanda dizel ilə işləyən avtobusların sayı isə 3 731-dir. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə 18 avtobus və ya 0,5 % çoxdur.
18 Noyabr 2025
18 Noyabr 2025
17 Noyabr 2025
17 Noyabr 2025
17 Noyabr 2025
17 Noyabr 2025
17 Noyabr 2025