12:18 - 26.09.2025
26 sentyabr, Fineko/abc.az. Nyu-York dünyanın ən böyük maliyyə mərkəzləri reytinqində 766 xalla birinci olmağa davam edir.
ABC.AZ xəbər verir ki, bu barədə maliyyə konsaltinq şirkəti “Z/Yen Group Ltd.”in icmalında deyilir.
Qeyd edək ki, şəhər son altı ayda üç xal itirib. İlk üçlüyü London (765) və Honq-Konq (764) tamamlayır.
Mart ayında açıqlanan əvvəlki reytinqlə müqayisədə ilk 10-luqda heç bir dəyişiklik olmayıb. İlk beşlikdə həmçinin Sinqapur və San-Fransisko yer alıb, sonrakı pillərdə isə Çikaqo, Los-Anceles, Şanxay, Şençjen və Seul qərarlaşıb.
Dubay 11-ci sıraya yüksələrək Frankfurtu qabaqlayıb.
Reytinqin üst hissəsində müsbət dinamika Tokioda müşahidə olunub: Tokio yeddi pillə yüksələrək 15-ci yeri tutub, Sürix (+5 pillə, 16-cı yer) və Əbu-Dabi (+10 pillə, 28-ci yer) da artım göstərib. Eyni zamanda, Dublin altı pillə geriləyərək 20-ci yerə, Amsterdam isə səkkiz pillə geriləyərək 26-cı yerə düşüb.
6 Noyabr 2025
6 Noyabr 2025
6 Noyabr 2025
6 Noyabr 2025
6 Noyabr 2025
6 Noyabr 2025