17:26 - 29.09.2025
29 sentyabr, Fineko/abc.az. Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, İrəvan Azərbaycanla sülh prosesində heç kimin tələblərini yerinə yetirmir.
"Belə bir stereotip var ki, Ermənistan kiminsə tələblərini yerinə yetirir. Ermənistan heç kimin tələblərini yerinə yetirmir", - deyə Ermənistan Baş naziri Strasburqda jurnalistlərlə söhbətində bildirib
ABC.AZ xəbər verir ki, o, həmçinin avqustun 8-də Vaşinqtonda Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin paraflanmasından sonra aşkar nəticələrin olmaması ilə razılaşmayıb. Ermənistan hökumətinin başçısı Bakı ilə İrəvan arasındakı sülh prosesini, bu dəfə də qayğı və diqqət tələb edən yeni doğulmuş uşaqla müqayisə edib.
8 Noyabr 2025