Bu ölkədə dünyanın ən hündür körpüsü istifadəyə verilib

19:53 - 29.09.2025


29 sentyabr, Fineko/abc.az. Çinin Guizhou əyalətində dünyanın ən yüksək yol körpüsü açılıb.

ABC.AZ xəbər verir ki, asma qurğu Huazziang dərəsinin üstündə yerləşir. Körpüdən Beipan çayının axdığı dərənin dibinə qədər olan məsafə 625 metrdir.

Uzunluğu 2,9 km olan körpünün tikintisi üç il doqquz ay çəkib. Onun dəyəri təxminən 280 milyon dollardır.
Şəhər rəhbərliyi bildirib ki, yeni körpünün dərənin bir tərəfindən digərinə səyahət müddəti iki saatdan iki dəqiqəyə endirilib.