10:46 - 30.09.2025
30 sentyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, son 5 ilin ilk 6 ayı üzrə hər il tikinti-quraşdırma işlərinə sərf olunan vəsaitin həcmi artıb.
ABC.AZ-ın məlumatına görə, bu barədə Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi rəqəmlər əsasında apardığı təhlillərdə göstərilib.
Qalan 1,81 milyard manat həcmində tikinti-quraşdırma işləri digər bölgələrimizdə həyata keçirilib. Bu bölgələr arasında ilk sıranı böyük fərqlə Xızı rayonu tutub.
Cari ilin ilk 6 ayında Xızı rayonunda aparılan tikinti-quraşdırma işlərinin həcmi 404,3 milyon manat təşkil edib.
İkinci sırada isə 141,5 milyon manat həcmində tikinti-quraşdırma işləri ilə Şirvan şəhəri yer alıb.
Ölkənin ikinci böyük şəhəri olan Gəncə 129,9 milyon manat, üçüncü böyük şəhəri olan Sumqayıt 114 milyon manatlıq tikinti-quraşdırma işləri ilə sıralamada ardıcıl yer alıb.
Bu kateqoriya üzrə ilk onluğu 40,4 milyon manat həcmində tikinti quraşdırma işləri ilə Şamaxı rayonu qapayıb.
6 Noyabr 2025
6 Noyabr 2025
6 Noyabr 2025
6 Noyabr 2025
6 Noyabr 2025
6 Noyabr 2025
4 Noyabr 2025