Macarıstan və Fransa LNG tədarükünə dair 10 illik müqavilə bağladılar

11:55 - 2.10.2025


2 oktyabr, Fineko/abc.az. Macarıstanın MVM neft-qaz şirkəti Fransanın Engie şirkəti ilə 2028-2038-ci illər müddətinə 4 milyard kubmetr mayeləşdirilmiş təbii qaz (LNG) tədarükü haqqında müqavilə imzalayıb.

ABC.AZ xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.

"Bu uzunmüddətli müqavilə bizə 2028-2038-ci illər müddətinə illik 400 milyon kubmetr təbii qaz almağımızı təmin edir ki, bu da ümumilikdə 4 milyard kubmetr təşkil edəcək", — deyə Siyarto bildirib.