Biləsuvar GES gələn ilin birinci yarısında istismara veriləcək

15:43 - 2.10.2025


2 oktyabr, Fineko/abc.az. Biləsuvar Günəş Elektrik Stansiyası (GES) Azərbaycanın enerjiyə olan tələbatının 4-5 %-ni təmin edəcək.

ABC.AZ xəbər verir, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev Biləsuvar GES-də birinci panelin quraşdırılması mərasimində bildirib.

Onun sözlərinə görə, Biləsuvar GES gələn ilin birinci yarısında istismara veriləcək və 2026-cı ilin sonundan şəbəkəyə tam gücü ilə elektrik enerjisi ötürüləcək: "Yəni gələn ilin sonunda Biləsuvar GES şəbəkəyə tam şəkildə qoşulacaq. Bu günəş elektrik stansiyası Azərbaycanın elektrik enerjisinə olan tələbatının 4-5 %-ni təmin edəcək".

O qeyd edib ki, bu GES Biləsuvar rayonunun həm iqtisadi, həm də sosial sahəsinə müsbət təsir göstərəcək: "Bu regionun və rayonun məşğulluqla təmin olunmasında mühüm əhəmiyyət kəsb edəcək".

C.Abdullayev vurğulayıb ki, Biləsuvarda günəşdən istehsal olunan elektrik enerjisi Azərbaycanın müəyyən həcmdə qaz resurslarından səmərəli istifadəsinə xidmət edəcək. © Report