16:24 - 2.10.2025
2 oktyabr, Fineko/abc.az. "Qaradağ" Günəş Elektrik Stansiyası (GES) istismara verildiyi dövrdən indiyədək 1 milyard kilovat/saat elektrik enerjisi istehsal edib.
ABC.AZ xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Azərbaycan 2030-cu ilə qədər qoyuluş gücündə bərpa olunan mənbələrdən istifadə edən stansiyaların payını 30 %-ə çatdırmağı hədəfləyir: "Bu istiqamətdə intensiv işlərimiz davam edir. Əsas tərəfdaşlarımızdan biri "Masdar" şirkətidir. Onun artıq 230 meqavatlıq elektrik stansiyası Qaradağ ərazisində istismara verilib. Oktyabrın 26-da bu layihənin istismara verilməsinin iki ili tamam olacaq. Biz onu istismara verəndə gözləntilərimiz o idi ki, ildə yarım milyard kilovat/saat elektrik enerjisini əldə olunacaq. İki ilin tamamında 1 milyard kilovat/saat elektrik enerjisi istehsalı gözlənilir".
C. Abdullayev həmçinin qeyd edib ki, əgər proseslər planlaşdırılan sürətlə davam edərsə, 30 % göstəricisinə daha tez, yəni 2027-ci ilin sonuna qədər nail olunacaq.
12 Noyabr 2025
12 Noyabr 2025
12 Noyabr 2025
12 Noyabr 2025
12 Noyabr 2025
12 Noyabr 2025
12 Noyabr 2025
12 Noyabr 2025