17:03 - 2.10.2025
2 oktyabr, Fineko/abc.az. Çin oktyabrın 1-dən gənc elm və texnologiya mütəxəssisləri üçün K kateqoriyalı viza tətbiq edir. Mövcud viza növləri ilə müqayisədə icazə verilən girişlərin sayının artması, daha uzunmüddətli etibarlılıq və qalma müddəti nəzərdə tutulur.
Buraya yaş, təhsil və iş təcrübəsi tələbləri daxildir. Maraqlıdır ki, bu cür icazə almaq üçün müraciət edənlərin Çinli işəgötürən və ya təşkilatdan dəvətə ehtiyacı olmayacaq. Səlahiyyətlilər, müraciət prosesinin çox sadə olacağına söz verirlər.
ABC.AZ xəbər verir ki, Çinə daxil olduqdan sonra K kateqoriyalı viza sahibləri təhsil, mədəniyyət, elm və texnologiya, habelə sahibkarlıq və işgüzar fəaliyyət sahələrində mübadilə proqramlarında iştirak edə biləcəklər.
6 Noyabr 2025
6 Noyabr 2025
6 Noyabr 2025
6 Noyabr 2025
6 Noyabr 2025
6 Noyabr 2025