09:41 - 3.10.2025
3 oktyabr, Fineko/abc.az. Etalon markaların qiyməti dünənki enişdən sonra cümə günü hərracda yüksəlir. Bazar 4 keçmiş sessiya azalırdı və həftəni enişlə yekunlaşdırır.
ICE Futures birjasında Brent markalı neftin dekabr fyuçersləri saat 09:33-ə olan məlumata görə $0,50 (0,78%) artaraq bir barelə $64,61-a yüksəlib. Oktyabrın 2 – də keçirilən hərracların nəticələrinə görə, Brent neftinin dekabr fyuçersləri $1,24 (1,90%) azalaraq bir barel üçün $64,11-a enib.
Saat 09:33-ə olan məlumata görə NYMEX əmtəə birjasının ticarətində WTI neftinin noyabr fyuçersləri $0,50 (0,83%) artaraq bir barel üçün $60,98-a yüksəlib. Oktyabrın 2 – də aparılan hərracların nəticələrinə görə, WTI neftinin noyabr fyuçersləri $1,30 (2,10%) ucuzlaşaraq bir barel üçün $60,48-a düşüb.
Bu həftənin əvvəlindən Brent 6,66%, WTI 7,21% ucuzlaşıb.
14 Noyabr 2025
14 Noyabr 2025
14 Noyabr 2025
14 Noyabr 2025
14 Noyabr 2025
12 Noyabr 2025
12 Noyabr 2025
13 Noyabr 2025
13 Noyabr 2025