15:27 - 3.10.2025
3 oktyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) səhmdar cəmiyyətlərinə (SC) müraciət edib.
ABC.AZ xəbər verir ki, müraciətdə deyilir ki, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, “Qiymətli kağızlar bazarı haqqında” Qanunun 75-ci maddəsinə görə, SC-nin illik hesabatı hər başa çatmış təqvim ilinin nəticələri üzrə hazırlanaraq onun səhmdarlarının ümumi yığıncağında təsdiq edilir.
Hesabatlar həmin tarixdən etibarən 10 gündən gec olmayaraq AMB-yə təqdim olunur. AMB hesabatın açıqlanmasının dayandırılması haqqında göstəriş vermədikdə, SC təqdim etdiyi tarixdən etibarən 30 gün ərzində illik hesabatının öz internet səhifəsində (olduqda) və mediada açıqlanmasını təmin etməlidir.
Qanunvericiliyin tələblərinə əsasən emitentlərin illik hesabatında idarəetmə hesabatı, maliyyə hesabatları və onun yoxlanılması üzrə kənar auditor rəyi (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) öz əksini tapmalıdır.
8 Noyabr 2025