16:10 - 3.10.2025
3 oktyabr, Fineko/abc.az. Rəqabət münasibətlərinin inkişafında yeni mərhələyə qədəm qoymuşuq. Təbii inhisarların tənzimlənməsi məsələsi xüsusi diqqət tələb edir.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) olaraq təbii inhisar subyekti kimi fəaliyyət göstərərkən resursların səmərəliliyinin idarə olunmasını, itkilərin azalmasını, şəffaflığı prioritet sayırıq.
Bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müşaviri Əsəd Şirinov II Milli Rəqabət Forumunda deyib.
“Tarif məsələsi bütün kommunal strukturların, təbii inhisarların “ən yaralı” yeridir. Tarif haqqında qanuna görə tariflərin müəyyən edilməsi istismar xərclərinin qarşılanması ilə əlaqədardır. İstismar xərcləri hər hansı bir layihənin icrası və ya qəza baş verdikdə onun qarşısını almaqla əlaqədar deyil. Burada nəql edilən suyun bir nöqtədən digər nöqtəyə aparılarkən yeraltı infrastrukturun işlək vəziyyətdə olması, onun istismarı, nasos stansiyalarının fəaliyyəti və bu prosesdə çalışan böyük komandanın xərclərinin ödənilməsidir. Tariflər məhz bu istismar və əməliyyat xərclərinin qarşılanmasına xidmət edir. Biz yaxın qonşularımızın, xüsusilə Türkiyə və Avropa ölkələrinin təcrübəsini araşdırmışıq. Onların ən çox istifadə etdiyi tarif qaydası diferensiallaşdırılmış tarif qaydasıdır. Bizim sudan səmərəli istifadəyə dair milli su strategiyasında bu bənd var. Azərbaycanda su tariflərində differensiallaşma aşağı gəlirli təbəqəni qorumağa xidmət edəcək. Diferensiallaşma qiymət artımı anlamına gəlməməlidir. Əsas məqsəd aşağı gəlirli təbəqəni qorumaq və sosial ədaləti təmin etməkdir. Tariflərin düzgün əsaslandırılması dayanıqlı inkişafın, müasirləşmənin və səmərəli istifadənin təmin olunmasına xidmət edir", - deyə Ə.Şirinov qeyd edib.
18 Noyabr 2025
18 Noyabr 2025
17 Noyabr 2025
17 Noyabr 2025
17 Noyabr 2025
17 Noyabr 2025
17 Noyabr 2025