Dünyada mal ətinin qiyməti 1960-cı ildən etibarən ən yüksək həddə çatıb

20:00 - 3.10.2025


3 oktyabr, Fineko/abc.az. Dünyada mal ətinin qiyməti 1960-cı ildən bəri ən yüksək həddə çatıb.

ABC.AZ xəbər verir ki, təchizatçılar onu hər kq üçün 6,9 dollara satmağa hazırdırlar ki, bu da bir il əvvəlki səviyyədən təxminən 10% yüksəkdir, deyə Dünya Bankının məlumatlarından irəli gəlir.

Bunun bir neçə səbəbi var: dünyada inflyasiyanın ümumi səviyyəsi, əsas istehsal ölkələrində quraqlıq fonunda tədarükün azalması, həmçinin iki ən iri bazarda - ABŞ və Çində tələbin artması.