Azərbaycan 9 ayda Türkiyədən 101,441 milyon dollar dəyərində əlvan metal alıb

10:56 - 6.10.2025


6 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Türkiyədən 101,441 milyon ABŞ dolları dəyərində qara və əlvan metal idxal edib.

ABC.AZ xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisindən bildirilib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3 % azdır.

Təkcə sentyabr ayında Türkiyə Azərbaycana 11,227 milyon ABŞ dolları dəyərində qara və əlvan metal ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 26,5 % azdır.

9 ayda Türkiyənin qara və əlvan metal ixracının ümumi dəyəri illik müqayisədə 6,3 % artaraq 9,867 milyard ABŞ dollarına, sentyabr ayında isə 8,6 % artaraq 1,133 milyard ABŞ dollarına çatıb.

Türkiyədən ən çox qara və əlvan metal idxalı Almaniya 1 milyard 178,758 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 6,1 % çox), italiya 795,325 milyon ABŞ dolları (+29,2 % çox) və ABŞ 459,367 milyon ABŞ dolları (- 6,4 % az) dəyərində həyata keçirib.