17:27 - 6.10.2025
6 oktyabr, Fineko/abc.az. Oktyabrın 7-si, saat 08:00-dan oktyabrın 9-u saat 24:00-a qədər Bakının Yasamal rayonunda, Xarici Dairəvi avtomobil yolunun yan yolunda (Məhəmməd Xiyabani küçəsindən Moskva prospektinədək olan hissə) aparılacaq təmir işləri ilə əlaqədar olaraq, nəqliyyat vasitələrinin hərəkəti avtomobil yolunun sözügedən hissəsində qismən məhdudlaşdırılacaq.
ABC.AZ xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yayıb.
"Sürücülərdən qeyd olunan hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur", - deyə Agentlik bəyan edib.
14 Noyabr 2025
14 Noyabr 2025
14 Noyabr 2025
14 Noyabr 2025
14 Noyabr 2025
13 Noyabr 2025