Neft bahalaşır, Brent bir barelə $65,57 təşkil edir

09:25 - 7.10.2025


7 oktyabr, Fineko/abc.az. Çərşənbə axşamı keçirilən hərracda etalon markaların qiyməti yüksəlir.

ICE Futures birjasında Brent markalı neftin dekabr fyuçerslərinin qiyməti saat 09:21-ə olan məlumata görə $0,10 (0,15%) artaraq bir barel üçün $65,57-a yüksəlib. 6 oktyabr ticarətinin nəticələrinə görə, Brent neftinin dekabr fyuçersləri $0,94 (1,46%) artaraq bir barel üçün $65,47-a yüksəlib.

Saat 09:21-ə olan məlumata görə NYMEX əmtəə birjasının ticarətində WTI neftinin noyabr fyuçersləri $0,08 (0,13%) artaraq bir barel üçün $61,77-a yüksəlib. 6 oktyabr ticarətinin nəticələrinə görə, WTI neftinin noyabr fyuçersləri $0,81 (1,33%) – bir barel üçün $61,69-a yüksəlib.