10:18 - 7.10.2025
7 oktyabr, Fineko/abc.az. 2025-ci ilin ikinci rübü Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr davamlı iqtisadi inkişaf nümayiş etdirib. TDT ölkələrinin ümumi ÜDM artım tempi orta hesabla 5,4%-ə çataraq qlobal artım tempini (2,3%) iki dəfə üstələyib.
ABC.AZ xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Türk Dövlətləri Təşkilatının Katibliyi ilə birgə təqdim etdiyi “Türk iqtisadi icmalı”nın 2025-ci ilin ikinci rübünə dair buraxılışında qeyd olunur.
Hesabata əsasən, TDT ölkələri üzrə ümumi ÜDM 1 trilyon 112,6 milyard ABŞ dolları təşkil edib.
Türk dövlətlərində müşahidə olunan sürətli iqtisadi artım infrastruktur, enerji sektoru və rəqəmsal innovasiyalara qoyulan investisiyalarla dəstəklənib. Qazaxıstan, Türkmənistan və Özbəkistan müvafiq olaraq 6,2%, 6,3% və 7,2% sürətli ÜDM artım tempi nümayiş etdirib. Şimali Kipr Türk Respublikasında (ŞKTR) 6,4%, Qırğızıstanda 11,7% artım qeydə alıb. Azərbaycanın iqtisadiyyatı 1,5%, Türkiyə 3,6% artım əldə edib. Macarıstan əsasən rəqəmsal və yaşıl sektorların inkişafı ilə 0,1% artıma nail olub.
18 Noyabr 2025
18 Noyabr 2025
17 Noyabr 2025
17 Noyabr 2025
17 Noyabr 2025
17 Noyabr 2025
17 Noyabr 2025