Bank sektorunda mənfəətliyin azalmasının əsas səbəbi açıqlanıb

11:40 - 7.10.2025


7 oktyabr, Fineko/abc.az. Mərkəzi Bankın Baş direktoru Şahin Mahmudov bank sektorunda mənfəətliyin azalmasının əsas səbəbini açıqlayıb.

ABC.AZ xəbər verir ki, Maliyyə Sabitliyi Hesabatına dair mətbuat konfransında tənzimləyici qurumun baş direktoru Ş.Mahmudov məsələ barədə bildirib ki, mənfəətliyin azalması ehtiyatlanmanın artmasından irəli gəlir.

O qeyd edib ki, bank sektorunun dayanıqlığında baxılmalı əsas məsələ kapital adekvatlılığıdır.

"Bank sektorunun kapitalı adektvatlılığı artmış və 18% ətrafındadır" - deyə Baş direktor söyləyib.

Müəllif: Elmir Murad