Biz borclanmaya qarşı deyilik, sadəcə borclanma sağlam formada olmalıdır - AMB-nin baş direktoru

12:28 - 7.10.2025


7 oktyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının (AMB) əsas məqsədi izafi borclanmanın qarşısını almaqdır.

ABC.AZ-ın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Baş direktoru Şahin Mahmudzadə maliyyə sabitliyinə dair keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, biz borclanmaya qarşı deyilik, sadəcə borclanma sağlam formada olmalıdır.

"Yəni, 5 manat gəliri olana 6 manat borc verilməməlidir. AMB-nin bu istiqamətdə gördüyü tədbirlər daha çox izafi borclanmanın qarşısını almaqdır. Bununla bağlı daha sərt tədbirlərdə görülə bilər. Əhalinin gəlirləri artıb, buna münasibətdə borclanma da artıb. Ancaq region ölkələrindən aşağı səviyyədədir", - deyə Ş.Mahmudzadə bildirib.

Müəllif: Elmir Murad