İran Milli Bankının Bakı filialı zərərlə işləyir?

14:45 - 10.10.2025


10 oktyabr, Fineko/abc.az. İran Milli Bankının Bakı filialı bu ilin yanvar-sentyabr aylarını 4,378 milyon manat mənfəətlə başa vurub.

ABC.AZ filialın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 12,9 % azdır.

9 ay ərzində İran bankının gəlirləri 4,522 milyon manat (illik müqayisədə 19 % çox), xərcləri 1,354 milyon manat (8,3 % çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti isə 1,211 milyon manat (51,1 % az) təşkil edib. Bakı filialı mənfəət vergisi ödəməyib.

Müəllif: Elmir Murad