"FINCA Azerbaijan"-nın istiqrazlarına 56 investor maraq göstərib

16:35 - 10.10.2025


10 oktyabr, Fineko/abc.az. 25 sentyabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "FINCA Azerbaijan" MM QBKT-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdi.

ABC.AZ  BFB-yə istinadla xəbər verir ki, qeyd olunan AZ2010019209 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 10.10.2025-ci il tarixində yekunlaşıb.

Qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n  3.19  bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir: Emitentin adı "FINCA Azerbaijan" MM QBKT

İstiqraqzların növü və forması: Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar

İstiqrazların sayı: 30,000 ədəd

İlkin ticarət qiyməti: 100 manat

Buraxılış həcmi: 3,000,000 manat

İllik gəlirlilik faizi:15%

Ödəmə periodu: İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir

Tədavül müddəti:24 ay

Sifarişlərin ümumi həcmi (nominal qiymətlə): 3,000,000 manat

Reallaşdırılmış həcm:3,000,000 manat

Minimal qiymət: 100 (15.0000%) manat

Maksimal qiymət: 100 (15.0000%) manat

Kəsmə qiyməti: 100 (15.0000%) manat

Ortaçəkili qiyməti: 100 (15.0000%) manat

İnvestor sayı:56

Sifariş sayı:56

Anderrayter: “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC