16:51 - 10.10.2025
10 oktyabr, Fineko/abc.az. Biometrik məlumatların qorunması bu gün şəxsi həyatın toxunulmazlığı ilə sıx bağlı olan ən vacib məsələlərdən biridir.
ABC.AZ xəbər verir ki, bunu Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin Kibertəhlükəsizlik şöbəsinin rəisi Aydın Verdiyev Bakıda keçirilmiş konfransda deyib.
O bildirib ki, Azərbaycan Konstitusiyası fərdi məlumatların qorunmasını təmin edir və bu prinsiplər əsasında "Fərdi məlumatlar haqqında" və "Biometrik informasiya haqqında" qanunlar qəbul olunub. Bu qanunlar biometrik məlumatların toplanması, işlənməsi və istifadəsi qaydalarını müəyyən edir:
"Bu sahədə mübarizə mexanizmləri bir neçə səviyyədə qurulub. Birincisi, normativ-hüquqi tənzimləmə – yəni qanunvericilikdə biometrik informasiyanın işlənməsinə xüsusi nəzarət mexanizmləri müəyyən edilib. İkincisi, hüquqi məsuliyyət tədbirləri – İnzibati Xətalar və Cinayət Məcəllələri bu məlumatların qanunsuz istifadəsinə görə müvafiq məsuliyyət növlərini nəzərdə tutur. Üçüncüsü isə məhkəmə və inzibati müdafiə – vətəndaşlar pozulmuş hüquqlarının bərpası üçün məhkəmələrə və dövlət orqanlarına müraciət edə bilirlər". © Report
14 Noyabr 2025
14 Noyabr 2025
14 Noyabr 2025
14 Noyabr 2025
14 Noyabr 2025
14 Noyabr 2025
14 Noyabr 2025
14 Noyabr 2025
14 Noyabr 2025