17:33 - 10.10.2025
10 oktyabr, Fineko/abc.az. Biz “qaranlıq, distopik dünyaya” yaxınlaşırıq, burada hökumətlər tədricən istifadəçilərin məxfilik hüququnu məhdudlaşdırır.
ABC.AZ xəbər verir ki, bu barədə Telegramın yaradıcısı Pavel Durov bildirib.
Onun sözlərinə görə, "bir vaxtlar azad ölkələr" son vaxtlar getdikcə daha çox "bədbin" tədbirlər həyata keçirirlər.
Nümunə olaraq Telegram-ın yaradıcısı İngiltərədə milli rəqəmsal identifikasiya sisteminin tətbiqini göstərib.
Hakimiyyət hesab edir ki, bu, qeyri-qanuni məşğulluqla mübarizə aparmağa və mühüm dövlət xidmətlərinə çıxışı asanlaşdırmağa kömək edəcək. Vətəndaşlar BritCards-a qarşı çıxış ediblər.
Elandan dərhal sonra hökumətin saytında 2,8 milyondan çox insanın imzaladığı petisiya ortaya çıxıb.
Durov Avstraliyadan da bəhs edib. Orada 2025-ci ilin dekabrından yaş təsdiqləmə sistemi tətbiq olunmağa başlayacaq. Demək olar ki, bütün rəqəmsal xidmətləri — axtarış sistemlərdən və sosial şəbəkələrdən tutmuş tətbiq mağazalarına və AI köməkçilərinə qədər əhatə edəcək.
19 Noyabr 2025
19 Noyabr 2025
19 Noyabr 2025
19 Noyabr 2025
19 Noyabr 2025
17 Noyabr 2025
17 Noyabr 2025
17 Noyabr 2025
17 Noyabr 2025
17 Noyabr 2025