09:18 - 13.10.2025
13 oktyabr, Fineko/abc.az. Etalon markaların qiyməti ötən həftənin sonunda düşdükdən sonra bazar ertəsi hərracda yüksəlir.
ICE Futures birjasında Brent markalı neftin dekabr fyuçerslərinin saat 09:15-ə olan məlumata görə $0,92 (1,47%) artaraq bir barel üçün $63,65-a yüksəlib. Oktyabrın 10 – da keçirilən hərracların nəticələrinə görə, Brent neftinin dekabr fyuçersləri $2,49 (3,82%) azalaraq bir barel üçün $62,73-a enib.
Saat 09:15-ə olan məlumata NYMEX əmtəə birjasının ticarətində WTI neftinin noyabr fyuçerslərinin qiyməti $0,88 (1,49%) artaraq bir barel üçün $59,78-a yüksəldi. Oktyabrın 10 – da aparılan hərracların nəticələrinə görə, WTI neftinin noyabr fyuçersləri $2,61 (4,24%) ucuzlaşaraq bir barel üçün $58,90-a düşüb.
Ötən həftə Brent markalı neft 2,79%, WTI isə 3,25% ucuzlaşıb.
8 Noyabr 2025
6 Noyabr 2025
6 Noyabr 2025
7 Noyabr 2025