10:02 - 14.10.2025
14 oktyabr, Fineko/abc.az. “OpenAI” şirkəti “Broadcom Inc.” ilə əməkdaşlıq çərçivəsində öz süni intellekt çiplərini istehsal etməyə başlayacaq.
ABC.AZ xəbər verir ki, iki şirkətin birgə mətbuat relizində qeyd olunur ki, “OpenAI” süni intellekt akseleratorlarını və sistemlərini hazırlayacaq, onların istehsalı və tətbiqi isə “Broadcom” ilə birgə həyata keçiriləcək.
Beləliklə, “OpenAI”nin həlləri “Broadcom” texnologiyaları hesabına genişləndiriləcək. Şirkətlərin birgə hazırladıqları sistemlər həm “OpenAI”nin, həm də tərəfdaşların məlumat mərkəzlərində istifadə edilə biləcək.
Şirkətlər hesab edirlər ki, bu əməkdaşlıq nəticəsində məlumat mərkəzlərinin ümumi gücü 10 GVt-a qədər artırıla biləcək.
6 Noyabr 2025
6 Noyabr 2025
6 Noyabr 2025
6 Noyabr 2025
6 Noyabr 2025
6 Noyabr 2025