10:49 - 14.10.2025
14 oktyabr, Fineko/abc.az. AB Şurası, AB-nin AB-Ukrayna Birliyi Komitəsindəki mövqeyi ilə bağlı bəzi Ukrayna kənd təsərrüfatı və ərzaq məhsullarına gömrük rüsumlarını azaltmaq və ya ləğv etmək qərarını açıqlayıb.
ABC.AZ xəbər verir ki, məlumata görə, Danimarka AB Şurasına sədrlik edən xarici işlər naziri Lars Lekke Rasmussen gömrük rüsumlarının ləğvinin həm AB, həm də Ukrayna üçün faydalı olduğunu deyib.
“Bu, davamlı iqtisadi sabitliyi, güclü ticarət əlaqələrini və Ukraynanın ittifaqla daha da inteqrasiyasını təmin edəcək”, — deyə o bildirib.
Qərar süd məhsulları, təzə meyvə və tərəvəz, ət və yarımfabrikat ət məhsulları kimi mallara aiddir.
17 Noyabr 2025
17 Noyabr 2025
17 Noyabr 2025
17 Noyabr 2025
17 Noyabr 2025
17 Noyabr 2025
17 Noyabr 2025
17 Noyabr 2025
17 Noyabr 2025