15:49 - 14.10.2025
14 oktyabr, Fineko/abc.az. İşğaldan azad olmuş ərazilərə Böyük Qayıdış Proqramı artıq praktik müstəvidə həyata keçirilir.
ABC.AZ xəbər verir ki, bunu Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisində ("Rebuild Karabakh – 2025") bildirib.
"Yalnız son iki il ərzində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yüzlərlə infrastruktur layihələri həyata keçirilib, o cümlədən hava limanları, avtomobil yolları, dəmir yolları və enerji mərkəzləri istifadəyə verilib. Əhalinin məşğulluğu və sahibkarlıq fəaliyyəti üçün münbit şərait yaradılıb, on minlərlə yeni iş yerlərinin açılması planlaşdırılır. Qarabağın "yaşıl zona" elan olunması, alternativ və bərpa olunan enerji mənbələrinin tətbiqi ilə bağlı layihələr Azərbaycanın "yaşıl enerji" ixracatçısı olacağına dair inamı daha da möhkəmləndirir. Bu gün beynəlxalq investorların 2 milyard ABŞ dollarından çox investisiya paketi "yaşıl enerji" layihələrinə yönəldilir" - deyə M.Musayev bildirib.
6 Noyabr 2025
6 Noyabr 2025
6 Noyabr 2025
6 Noyabr 2025
6 Noyabr 2025
6 Noyabr 2025
4 Noyabr 2025