Ağdam və "Araz Vadisi iqtisadi zonası" sənaye parklarına bu qədər sərmayə qoyulub

16:55 - 14.10.2025


14 oktyabr, Fineko/abc.az. İndiyə qədər Ağdam və "Araz Vadisi iqtisadi zonası" sənaye parklarına 200 milyon manat investisiya yatırılıb.

ABC.AZ xəbər verir ki, bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin mətbuat katibi Elçin Kazımlı bildirib.

Onun sözlərinə görə, həmin sənaye parklarında 50 sahibkarlıq subyekti rezident, 7 sahibkar isə qeyri-rezident kimi qeydiyyata alınıb.

"Bu sənaye parklarında 14 müəssisə fəaliyyət göstərir, 1000-dən artıq daimi iş yeri yaradılıb. Maraqlı məqamlardan biri budur ki, Ağdam Sənaye Parkındakı müəssisələrin sayı işğaldan əvvəl bölgədə mövcud olmuş müəssisələrin sayından çoxdur. Bununla da Ağdam öz əvvəlki sənaye nüfuzunu bərpa edib", - deyə agentlik rəsmisi əlavə edib. © Report