DSK iddia edir ki, əhalinin gəlirləri 8 faiz çoxalıb

17:10 - 14.10.2025


14 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 66 milyard 267,3 milyon manat təşkil edib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,6 % çoxdur.

Son 1 ildə ölkədə adambaşına düşən nominal gəlir isə 7,2 % artaraq 6 471,8 manata çatıb.