Belarus Milli Bankı qanunsuz kriptovalyuta əməliyyatlarına qarşı mübarizə qrupu yaradacaq

10:40 - 15.10.2025


15 oktyabr, Fineko/abc.az. Belarus Milli Bankı, kriptovalyuta ilə saxta əməliyyatlara qarşı işçi qrupu yaratdığını elan edib. 

ABC.AZ xəbər verir ki, qərar banklar və kripto şirkətləri ilə görüşdən sonra qəbul edilib. Hakimiyyətin sözlərinə görə, ölkədə kripto birjalar vasitəsilə xarici ödənişlərin həcmi yeddi ay ərzində 1,7 milyard dollara çatıb və ilin sonuna qədər 3 milyard dolları keçə bilər.