Artıq taksi parkının 67%-nin istismar müddəti 8 il təşkil edir - AYNA

10:40 - 15.10.2025


15 oktyabr, Fineko/abc.az. Azərbaycanda taksi sahəsində islahatlardan əvvəl taksi parkının 62%-nin istismar müddəti 15 ildən çox olduğu halda, islahatlardan ötən qısa zaman kəsiyində mühüm nailiyyət əldə olunub və artıq taksi parkının 67%-nin istismar müddəti 8 il təşkil edir.

ABC.AZ Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir ki, görülən tədbirlər nəticəsində taksi parkı yeni və ekoloji baxımdan təmiz avtomobillərlə əvəz olunub.

Bu günə olan məlumata əsasən, taksi daşımalarına Bakı şəhəri üzrə verilmiş buraxılış vəsiqələrinin sayı 19 554, nəqliyyat vasitələrinə verilmiş buraxılış kartlarının sayı isə 34 014-dür. Bu avtomobillərin təxminən 55 %-i və yaxud 18 825 ədədi son 5 ildə istehsal olunan nəqliyyat vasitələridir.

Əgər islahatlardan əvvəl taksi parkında fərqli nəqliyyat vasitələrini görmək mümkün idisə, islahatlar nəticəsində Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilmiş ağ və qırmızı rəngli nəqliyyat vasitələri artıq taksi parkının 79 %-ni təşkil edir.

Müəllif: Elmir Murad