Şuşada piyada dağ yürüşü turları təşkil olunacaq - Gələn ildən

11:47 - 15.10.2025


15 oktyabr, Fineko/abc.az. Gələn ilin yaz fəslindən etibarən Şuşada "hiking" (piyada dağ yürüşü) turları təşkil olunacaq.

ABC.AZ-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin Şuşadakı xüsusi nümayəndəsi Aydın Kərimov deyib.

Onun sözlərinə görə, hazırda Şuşada kanat yolunun tikintisi ilə bağlı layihələndirmə işləri aparılır.

A.Kərimov əlavə edib ki, bu il ərzində Şuşaya 430 min turist səfər edib, onların 23 mini şəhərdə gecələyib.