Mis Çindən iqtisadi məlumatlar dərc edildikdən sonra bahalaşır

15:06 - 15.10.2025


15 oktyabr, Fineko/abc.az. Çərşənbə səhəri Çindən gələn iqtisadi statistika açıqlanandan sonra misin qiyməti mülayim templərlə artır.

ABC.AZ xəbər verir ki, bunu ticarət məlumatları sübut edir.

Bakı vaxtı ilə saat 9.36-da Comex birjasında misin dekabr fyuçersləri 0,27% bahalaşaraq funt başına 5,0365 dollara (təxminən 0,45 kq) çatır.

Çərşənbə axşamı London metal birjasında (LME) üç aydan sonra çatdırılma ilə bir ton misin dəyəri 2,24%, 10,578 dollara, alüminium 0,92%, 2,737,5 dollara, sink 2,63%, 2,941,5 dollara düşüb.

Mis bazarı, metalın ən iri idxalçısı və istehlakçısı olan Çin iqtisadiyyatının vəziyyətini izləyir. Ölkənin Dövlət Statistika İdarəsinin məlumatına görə, istehsalçıların illik qiymət indeksi sentyabr ayının nəticələrinə görə 2,3% azalıb.