Belarus Azərbaycana məhsul satışını artırmağı hədəfləyir

15:08 - 15.10.2025


15 oktyabr, Fineko/abc.az. Belarus Azərbaycana öz istehsalı olan malların tədarükünün artırılmasında maraqlıdır.

ABC.AZ xəbər verir ki, bunu Belarus Ticarət-Sənaye Palatasının Minsk bölməsinin xarici iqtisadi əlaqələr üzrə baş direktor müavini İrina İvanova məlumat verib.

"Biz bilirik ki, Azərbaycanda Belarus məhsulları sevilir. Biz Belarus mallarının ixracını artırmağı hədəfləyir, eyni zamanda onların qiymətini aşağı salmaqla istehlakçılar üçün əlçatan etmək istəyirik", - o qeyd edib.

İ.İvanova Azərbaycan və Belarus arasında ticarət dövriyyəsinin artmasından məmnunluğunu ifadə edib.

"Xüsusilə çox güclü sıçrayışın baş verdiyi 2024-cü il bizim üçün əlamətdar oldu", - o vurğulayıb. © Report