16:56 - 15.10.2025
15 oktyabr, Fineko/abc.az. Bank of “America”nın üçüncü rübdə xalis mənfəətdə 23% artım qeydə alınıb, gəlirlər isə 11% artıb.
ABC.AZ xəbər verir ki, iyul-sentyabr aylarında xalis mənfəət 8,469 milyard dollar və ya səhm başına 1,06 dollar idi, halbuki bir il əvvəl 6,896 milyard dollar və ya səhm başına 0,81 dollar səviyyəsində idi.
Hesabat dövründəki gəlirlər bir il əvvəl 25,345 milyard dollara qarşı 28,088 milyard dollar səviyyəsində olub.
Reuters yazır ki, bank və onun ən iri rəqibləri korporasiyaların böyük birləşmə və satınalmalara inamının canlanmasından faydalanıblar. Dünyada iri sövdələşmələrin həcmi hesabat rübü üçün 1,26 trilyon dollara çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 40% çoxdur.
Eyni zamanda, BofA-da investisiya bankçılığı üzrə komissiyalar 43% artaraq 2 milyard dollara çatıb.
8 Noyabr 2025
6 Noyabr 2025
6 Noyabr 2025
7 Noyabr 2025