17:14 - 15.10.2025
15 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında 378,4 milyon manat dəyərində sənaye məhsulu istehsal edilib.
ABC.AZ xəbər verir ki, bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,9 % çoxdur.
9 aylıq sənaye məhsulunun 310,7 milyon manatlıq hissəsi və yaxud 82,1 %-i malların, 67,7 milyon manatlıq hissəsi və yaxud 17,9 %-i isə xidmətlərin payına düşüb.
Sənaye məhsulunun 76,6 %-i emal, 20 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 3,3 %-i su təchizatı, tullantıların təmizlənməsi və emalı, 0,1 %-i mədənçıxarma sektorlarında istehsal olunub.
8 Noyabr 2025
6 Noyabr 2025
7 Noyabr 2025
6 Noyabr 2025