12:14 - 16.10.2025
16 oktyabr, Fineko/abc.az. Gələn il daha 300 ailə Ağdam şəhərində ikinci yaşayış kompleksinə yerləşdiriləcək.
ABC.AZ-ın məlumatına görə, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Xankəndidə keçirilən III Milli Şəhərsalma Forumunda (NUFA3) bildirib.
Onun sözlərinə görə, hazırda Ağdam şəhərinin 4-cü və 5-ci yaşayış massivlərində də tikinti işləri davam edir: "Bu layihələrin gələn ilin yaz aylarından başlayaraq, yay aylarına qədər tamamlanması planlaşdırılır və bu iki yaşayış kompleksinə toplam 2 000-dən çox ailənin köçü nəzərdə tutulur. Biz ilin sonuna qədər üçüncü yaşayış kompleksində, gələn ilin yanvar-fevral aylarında isə birinci yaşayış kompleksində tikinti işlərinə başlayacağıq.
Ümid edirik ki, 2026-cı ilin sonuna qədər Ağdam şəhərinə 20 minə yaxın əhalinin köçünü təmin edəcəyik. Şəhərin baş planına əsasən, 2040-ci ilə qədər şəhərdə təxminən 100 min nəfər əhalinin yaşaması nəzərdə tutulur. Ağdam şəhəri regionun ən böyük şəhərlərindən biri olacaq". © Report
8 Noyabr 2025
8 Noyabr 2025