Almaniya avtomobil nəhəngləri Avropada istehsalı azaldır

15:58 - 16.10.2025


16 oktyabr, Fineko/abc.az. Almaniya avtomobil nəhəngləri Volkswagen, BMW və Mercedes-Benz, xüsusilə elektrikli avtomobillərə zəif tələbat səbəbindən mənfəətin azalması və xərclərin artması ilə üzləşib.

ABC.AZ xəbər verir ki, Volkswagen, Almaniyadakı bir neçə fabrikin bağlanmasını və ayrı-ayrı yerlərdə fəaliyyətini müvəqqəti dayandırmağı planlaşdırır.

IG Metall birliyinə görə, şirkət rəhbərliyi ilə razılaşma 2030-cu ilə qədər kütləvi işdən çıxarılmaların qarşısını alır. BMW və Mercedes-Benz də istehsal planlarını yenidən nəzərdən keçirirlər, lakin iflas təhlükəsi yoxdur.

Mütəxəssislər çətinlikləri Çin elektrikli avtomobillərinin rəqabəti və yüksək maya dəyəri ilə əlaqələndirirlər, gələcək illərdə potensialın optimallaşdırılmasını və yeni nəsil elektrikli avtomobillərə diqqət yetirməyi gözləyirlər.