Naxçıvanda yeni nəsil kassa aparatları ilə dövriyyə 24 %-ə yaxın artıb

11:28 - 17.10.2025


17 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 364,1 milyon manat olub.

ABC.AZ xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,5 % çoxdur.