Naxçıvanın iki kəndində turizm infrastrukturu yaradılacaq

17:28 - 17.10.2025


17 oktyabr, Fineko/abc.az. Gələcəkdə Şahbuz rayonunun Kükü və Ordubad rayonunun Pəzməri kəndlərində müvafiq turizm infrastrukturu yaradılacaq.

ABC.AZ-ın məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin Mədəni irs və regional turizm şöbəsinin müdiri Elgün Cavadov deyib.

O qeyd edib ki, Naxçıvanda turizmin bütün növlərinin inkişafı üçün geniş imkanlar var mövcuddur:

"Dövlət Proqramı çərçivəsində Naxçıvanda iki turistik kəndin seçilməsi istiqamətində işlər görülüb. Müxtəlif kəndlərə baxış keçirilərək Şahbuz rayonunun Kükü və Ordubad rayonunun Pəzməri kəndləri ilkin mərhələdə turistik kənd olaraq müəyyənləşdirilib. Gələcəkdə bu kəndlərdə müvafiq turizm infrastrukturunun yaradılması planlaşdırılır".

Müəllif: Elmir Murad