Paşinyan: Türkiyədən Azərbaycana tranziti təmin etməyə hazırıq

10:59 - 27.10.2025


27 oktyabr, Fineko/abc.az. Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyədən Azərbaycana yük maşınlarının Ermənistan ərazisindən tranzitini təmin etməyə hazır olduğunu bildirib.

"Biz bu gündən etibarən Marqara - Yexeqnadzor - Sisian - Qoris marşrutu üzrə Türkiyədən Azərbaycana və Azərbaycandan Türkiyəyə yük maşınlarının tranzitini təmin etməyə hazırıq", - deyə Paşinyan parlamentdə büdcə müzakirələri zamanı bildirib.

ABC.AZ xəbər verir ki, onun sözlərinə görə, Qoris şəhərinə və Kornidzor kəndinə gedən yol yaxşı vəziyyətdədir və tranziti təmin edə bilir. "Azərbaycan bizim üçün tranzit məhdudiyyətlərini aradan qaldırdığı kimi, biz də Azərbaycan üçün tranzit məhdudiyyətlərini aradan qaldırırıq", - Paşinyan bildirib.