16:52 - 31.10.2025
31 oktyabr, Fineko/abc.az. Sofiyada İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Bolqarıstan Hökumətlərarası Komissiyanın 7-ci iclası çərçivəsində Bolqarıstan-Azərbaycan biznes forumu keçirilib.
ABC.AZ Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, tədbirdə hər iki ölkədən dövlət qurumlarının rəsmiləri ilə yanaşı, kənd təsərrüfatı, iqtisadiyyat, enerji, informasiya kommunikasiya texnologiyaları, qida, yüngül sənaye, elmi-texniki və humanitar, sosial, səhiyyə, ətraf mühit, turizm və digər sahələri təmsil edən şirkət nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Bolqarıstan energetika nazirinin müavini İva Petrova qeyd edib ki, hər iki ölkənin maraqlarına uyğun olaraq müsbət inkişaf edən Azərbaycanla strateji əməkdaşlıq münasibətləri artıq yeni səviyyəyə çatıb. Bolqarıstan hökumətinin təbii qaz təchizatını şaxələndirmək və regionda enerji təhlükəsizliyini artırmaq istiqamətində Azərbaycanla mühüm əməkdaşlıq edir: "Avropa məqsədləri kontekstində bir-biri ilə əlaqəli və vahid ümumavropa qaz bazarının yaradılması üçün Bolqarıstan hökuməti qaz infrastrukturunun inkişafı, milli qaz ötürmə şəbəkəsinin genişləndirilməsi və qonşu ölkələrlə əlaqələrin genişləndirilməsində maraqlıdır. Bu istiqamətdə bizim Azərbaycanla tərəfdaşlığımız enerji müstəqilliyinin və təhlükəsizliyinin təmin edilməsində əsas rol oynayır" - deyə Bolqarıstanın energetika nazirinin müavini vurğulayıb.
9 Dekabr 2025
9 Dekabr 2025
9 Dekabr 2025
9 Dekabr 2025
8 Dekabr 2025
8 Dekabr 2025