Azərbaycan Saratov vilayətində ən böyük ərzaq buğdası alıcısıdır

10:23 - 3.11.2025


3 noyabr, Fineko/abc.az. Azərbaycan bu il Rusiyanın Saratov vilayətində ən böyük ərzaq buğdası alıcısıdır.

ABC.AZ xəbər verir ki, Rusiya KİV-i məlumat yayıb

 Belə ki, "Rosselxoznadzor"un Saratov və Samara vilayətləri üzrə idarəsinin rəhbəri vəzifəsini icra edən Cambul İsmaqulov bildirib ki, ilin əvvəlindən Saratov vilayəti 440 min tondan çox taxıl məhsulları ixrac edib.

Ən böyük alıcı isə 198 min ton məhsul (əsasən ərzaq buğdası) ilə Azərbaycandır.

İkinci yerdə Türkiyə (noxud və günəbaxan şrotu), üçüncü yerdə isə İran (yem arpası) qərarlaşıb.

İlk beşlikdə, Qazaxıstan (buğda, saflor, arpa) və Türkmənistan (un) da yer alır.