Bu ölkədə tütünü tamamilə qadağan etmək istəyirlər

15:11 - 3.11.2025


3 noyabr, Fineko/abc.az. Rusiya siyasətçiləri Maldiv adalarında tətbiq olunan qaydaya analoji olaraq, tütün satışının tam qadağan edilməsi imkanını müzakirə edirlər.

ABC.AZ xəbər verir ki, bu barədə jurnalist Aleksandr Yunaşev Telegram kanalında bildirib.

Onun sözlərinə görə, bu fikri xüsusilə Dövlət Dumasının sağlamlığın qorunması Komitəsinin rəhbəri Sergey Leonov dəstəkləyir.
Deputat hesab edir ki, Rusiya gələcəkdə tütünə qarşı sərt tədbirlər tətbiq edə bilər. Eyni zamanda, bu tədbirlərin hazırlanması və həyata keçirilməsi üçün cəmiyyətin özünün belə bir qadağanın tərəfdarı olması və hakimiyyətin bu mövzuda razılığa gəlməsi lazımdır.
Bundan əvvəl The Guardian qəzeti bildirmişdir ki, Maldiv adaları hökumətin bir nəsl üçün siqaret çəkmə qadağası tətbiq etdiyi yeganə ölkəsidir.